Call us: 055 889 89 89 Email: support@myshops.ae

Sifarişçilərin nəzərinə !

media

Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarında edilmiş dəyişiklik 24 sentyabr 2020-ci il tarixindən etibarən qüvvəyə minəcək.
⠀⠀
Yeni qərara əsasən Azərbaycan Respublikasının hər bir vətəndaşı artıq son 30 gündə deyil, hər təqvim ayı ərzində, bağlamanın sayından asılı olmayaraq, daşınma haqqı da daxil olmaqla ümumi dəyəri 300 ABŞ dolları ekvivalentində olan, şəxsi istifadə üçün nəzərdə tutulmuş məhsulları heç bir gömrük rüsumu ödəmədən sifariş edə bilər.

Sual: “Sentyabr ayında edilmiş sifarişlərin dəyəri sıfırlanacaqmı?”
Cavab: Xeyr

1.  Əgər sentyabr ayı ərzində Sizin adınıza daşınma haqqı da daxil olmaqla 300ABŞ dolları ekvivalentində və ya ondan artıq bağlama gəlibsə, 24-30 sentyabr aralığında gələn istənilən bağlamanız(dəyərindən asılı olmayaraq) gömrük rüsumuna cəlb ediləcək.

2. Əgər sentyabr ayı ərzində Sizin adınıza daşınma haqqı da daxil olmaqla 200 ABŞ dolları ekvivalentində bağlama gəlibsə, 24-30 sentyabr aralığında 100ABŞ dolları ekvivalentində(daşınma haqqı daxil) daha bir və ya bir neçə bağlama gömrük rüsumuna düşməyən bağlama gələ bilər.

3. Əgər Sentyabr ayı ərzində Sizin adınıza 200 ABŞ dolları ekvivalentində(daşınma haqqı daxil) bağlama gəlibsə və 24-30 sentyabr aralığında daha 105 ABŞ dolları ekvivalentində bir və ya bir neçə bağlama gələrsə(200+105=305) o zaman bu bağlamalar gömrük rüsumuna cəlb ediləcək.

Hər növbəti təqvim ayının 1-i limit sıfırlanacaq.

 Hər birinizə uğurlu sifarişlər arzu edirik! 

  • Sep 22, 2020
  • Comments: 0
Comments: 0
No comments
Leave a Reply

Your email address cannot be published. Required fields are marked*